`Bəzi məktəblərdə dərs saatları azalıb` - Mikayıl Cabbarov


17:54     05 May 2016 mika.jpg

Azərbaycanda məktəbəqədər hazırlıq pilləsinin 2016-2017-ci ildən dövlət büdcəsindən maliyyələşməsi və hamı üçün əlçatan olması istiqamətində işlər davam etdirilir.


Femida.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov deyib ki, məqsəd 2020-ci ilədək ölkədə uşaqların məktəbəqədər təhsil səviyyəsinin əhatəsini 70%-ə çatdırmaqdır. Nazir qeyd edib ki, ölkədə təlim texnologiyalarını çatdırmağa imkan verən mexanizmlər tətbiq olunmağa başlanıb: "Bu məqsədlə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun bazasında Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılıb. Bu qurum modul kredit sisteminə əsaslanaraq, bütün kateqoriyadan olan təhsil işçilərinin peşəkar inkişafı ilə əlaqədar olan siyasətin müəyyənləşdirilməsi, təlimlərin təşkili və koordinasiya ilə məşğul olacaq".

M. Cabbarov əlavə edib ki, hazırda təhsilin əsas trendlərini öyrənmək, təhlil etmək və tətbiqi imkanlarını müəyyən etmək, yeni düşüncə və idarəetmə keyfiyyətlərini tələb edir.

Onun sözlərinə görə, təhsil sistemində tətbiq edilən yeniliklərdən biri də pilot olaraq seçilmiş 58 məktəbdə 176 təmayül sinfin açılmasıdır. Həmin məktəblərdə ixtisas seçmiş şagirdlərə qeyri-profil fənlərin dərs saatlarının azalması hesabına seçdikləri istiqamət üzrə daha dərin biliklər verilir: "Bu islahatın məqsədi ümumi təhsilin keyfiyyətini yüksəltməkdir. Bununla əlaqədar tədris resurslarının hazırlanması və təmayüllər üzrə təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşısında duran vəzifələrdəndir".

Femida.az

Açar sözlər:

Oxunub: 1326